Bakıda beynəlxalq superturnir: Blits yarışlarına start veriləcək

Bakıda beynəlxalq superturnir: Blits yarışlarına start veriləcək

Hazırda oxunan: Bakıda beynəlxalq superturnir: Blits yarışlarına start veriləcək

51852

Azərbaycanın görkəmli şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq superturnirdə bu gün blits yarışlarına start veriləcək.

Bizim.Media xəbər verir ki, turnirin beşinci günündə blits yarışlarının ilk turunda Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov çexiyalı David Navara, Rauf Məmmədov sabiq dünya çempionu hindistanlı Vişvanatan Anand, Vüqar Əsədli ABŞ təmsilçisi Fabiano Karuana ilə qarşılaşacaqlar. Rusiya idmançısı Sergey Karyakin isə macarıstanlı Riçard Rapport ilə üz-üzə gələcək.

Rapid yarışlarının yekunlarına görə, R.Rapport və S.Karyakin 16 xalla 1-2-ci, F.Karuana və Ş.Məmmədyarov isə 14 xalla 3-4-cü pilləni bölüşürlər. R.Məmmədov 9 xalla beşinci, D.Navara 8 xalla altıncı, V.Əsədli 4 xalla yeddinci, V.Anand isə 3 xalla sonuncu - səkkizincidir.
 

Qalib adına rapid və blits yarışlarında ən çox xal qazanan şahmatçı sahib olacaq.

Qeyd edək ki, sayca yeddinci dəfə təşkil olunan Vüqar Həşimov memorialında şahmatçılar dekabrın 22-23-də blits yarışlarında mübarizə aparacaqlar. Blits yarışı 5 dəqiqə + 3 saniyə nəzarət vaxtı ilə təşkil olunacaq.

Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə keçirilir. Yarışa “Fairmont Baku” oteli ev sahibliyi edir.

Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə turnirin qalibi olublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO