Daxili İşlər Nazirliyindən silahla poza verən məmurlarla bağlı AÇIQLAMA

Daxili İşlər Nazirliyindən silahla poza verən məmurlarla bağlı AÇIQLAMA

Hazırda oxunan: Daxili İşlər Nazirliyindən silahla poza verən məmurlarla bağlı AÇIQLAMA

51798

Daxili İşlər Nazirliyi silahların fotolarını sosial şəbəkədə paylaşan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri ilə bağlı açıqlama yayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, sosial şəbəkələrdə yayılan kadrlar araşdırılıb.

Müəyyən edilib ki, Cəlilabad rayon sakinləri, Meşələrin İnkişafı Xidmətinin Masallı rayon meşə təsərrüfatı idarəsinin direktoru A.İsmiyev və onun müavini S.Şahmarovun Sadatlı kəndində odlu silahla fotoları çəkilib. 

Onlar görüntüləri internetdə yerləşdiriblər. İsmiyevin 12 kalibrli Huğlu Renova, Şahmarovun isə Sayqa-410 silahı var.

Baxış zamanı məlum olub ki, həmin silahlar onlara məxsusdur, müvafiq sənədlər var. Hazırda faktla bağlı Masallı Rayon Polis Şöbəsində müvafiq araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO