Azərbaycanda bankların aktivlərinin həcmi açıqlandı – 11 faizlik artım

Azərbaycanda bankların aktivlərinin həcmi açıqlandı – 11 faizlik artım

Hazırda oxunan: Azərbaycanda bankların aktivlərinin həcmi açıqlandı – 11 faizlik artım

0:00
0:00
51753

30 noyabr 2021-ci il tarixinə Azərbaycanda fəaliyyətdə olan bankların cəmi aktivləri 35,604.5 mln. manat, cəmi öhdəlikləri 30,632.4 mln. manat, balans kapitalı 4,972.1 mln. manat təşkil edib.

Bizim.Media xəbər verir ki, bu barədə  Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

İlin əvvəlindən bank sektorunun aktivləri, öhdəlikləri və balans kapitalı müvafiq olaraq 11.1%, 12% və 5.8% artıb.

Cəmi aktivlərin 46%-i kredit portfelindən ibarətdir. Kredit portfeli noyabr ayında 1.8% (284.7 mln. manat) artaraq 16,282 mln. manat olub (ilin əvvəlindən orta aylıq artım 1.3%). Ümumilikdə, ilin əvvəlindən bankların kredit portfeli 15% və ya 2,125 mln. manat artıb.
Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir (cəmi öhdəliklərin 81%-i və ya 24,743.6 mln. manat). Bankların depozit portfeli noyabr ayında 3% (717.5 mln. manat) artıb (ilin əvvəlindən 19.4% artım).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO