Şəmkir sakinində narkotik və avtomat aşkar edildi

Şəmkir sakinində narkotik və avtomat aşkar edildi

Hazırda oxunan: Şəmkir sakinində narkotik və avtomat aşkar edildi

51730

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, rayon sakini Sabir Abbasov saxlanılıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, onun üzərinə baxış keçirilən zaman bir ədəd sellofan torbada ümumi çəkisi 450 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. 

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində S. Abbasovun yaşadığı evdən qanunsuz olaraq əldə edib saxladığı 1 ədəd istifadəyə yararlı “AK-74” markalı avtomat, 1 ədəd həmin avtomata məxsus daraq və 20 ədəd 5.45 mm-lik avtomat patronu aşkar edilib.

Bununla da polis əməkdaşları həftə ərzində vətəndaşlardan götürdüyü silahların sayı 21-ə çatıb.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO