Azərbaycan avtomobil idxalına çəkdiyi xərci 45% artırdı

Azərbaycan avtomobil idxalına çəkdiyi xərci 45% artırdı

Hazırda oxunan: Azərbaycan avtomobil idxalına çəkdiyi xərci 45% artırdı

51713

Bu ilin yanvar-noyabr aylarında Azərbaycana 835,4 milyon ABŞ dolları dəyərində 81 726 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.

Bizim.Media Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 45 % və 70,8 % çoxdur.

Son 1 ildə sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 4,5 % azalaraq 213 ədəd (32,6 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 72,4 % artaraq 76 348 ədəd (704,7 milyon ABŞ dolları dəyərində) təşkil edib.

Bu avtomobillərin 11 464-ü (69,7 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 153-sı (3,1 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.
Bu isə birincinin 2,5 dəfə artması, ikincinin isə 4,8 % artması deməkdir.

Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 56,8 % artaraq 5 024 ədəd (81,2 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 2,9 % artaraq 141 ədəd (16,8 milyon ABŞ dolları dəyərində) olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO