KTMT-nin baş katibi: “Ermənistan-Azərbaycan sərhədindəki gərgin vəziyyətdən narahatıq”

KTMT-nin baş katibi: “Ermənistan-Azərbaycan sərhədindəki gərgin vəziyyətdən narahatıq”

Hazırda oxunan: KTMT-nin baş katibi: “Ermənistan-Azərbaycan sərhədindəki gərgin vəziyyətdən narahatıq”

51704

“Biz Ermənistan-Azərbaycan sərhədində yaranmış gərgin vəziyyətdən narahatıq və onu diqqətlə izləyirik”.

Bizim.Media xəbər verir ki, bu fikirləri KTMT-nin baş katibi Stanislav Zas Armpress-ə müsahibəsində səsləndirib.

O, hesab edir ki, sərhəd mübahisələri yalnız siyasi və diplomatik yollarla həll edilməlidir:

“Bu il noyabrın 26-da Üçtərəfli Bəyanatda yer alan müddəaları dəstəkləyirik”.

Stanislav Zas xatırladıb ki, Azərbaycan-Ermənistan dövlət sərhədində sabitliyin və təhlükəsizliyin səviyyəsinin yüksəldilməsi üçün addımlar atılıb:

“Rusiya Federasiyasının köməyi ilə Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sonradan demarkasiyası üzrə Komissiyanın yaradılması istiqamətində işin aparılmasına dair razılıq əldə edilib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO