Sərt karantin dövründə cərimələnməmək üçün nələri bilmələliyik? - BİLGİ

Sərt karantin dövründə cərimələnməmək üçün nələri bilmələliyik? - BİLGİ

Hazırda oxunan: Sərt karantin dövründə cərimələnməmək üçün nələri bilmələliyik? - BİLGİ

5161

Bəzi rayon və şəhərlərə giriş-çıxış məhdudlaşdırılır.

Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərinə (kənd və qəsəbələr istisna olmaqla) giriş-çıxış dayandırılır.

Məlumatlar "icaze.e-gov.az" portalına 9 dekabr saat 10:00-dan etibarən daxil edilməlidir

Adları çəkilən ərazilərdə yaşayan bütün digər şəxslər yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS-icazə sistemi və ya Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzindən icazə almalıdır.

SMS-icazə sistemi necə tətbiq ediləcək?

- Təxirəsalınmaz tibbi zərurət və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün.

Bu icazə rayon və şəhər daxilində 3 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir, qərarda qeyd olunur.

-Ərzaq və digər gündəlik tələbat malları və dərman vasitələrinin alınması, dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti və açıq havada vaxt keçirilməsi üçün

Bu icazə gündə 3 saat olmaqla 1 dəfə verilir, dövlət xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk edən şəxslər üçün geri qayıtma müddəti müvafiq dövlət qurumu tərəfindən verilən arayışla müəyyən edilir.

- Yaxın qohumunun dəfnində iştirak üçün isə hər bir DİN-in 102 Xidməti - Zəng Mərkəzi vasitəsilə icazə almalıdır.

- Beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslərin hərəkətlərinə bilet və ya pasporta vurulmuş ştamp əsasında icazə verilir.

İcazə mesajları necə olmalıdır?

İcazə istəyən şəxslər 8103 nömrəsinə SMS göndərməli və ya həmin icazə üçün "E-Təbib" tətbiqindən istifadə etməlidirlər.

SMS mətnində aşağıdakı iki indeksdən biri qeyd edilməlidir:

"1" rəqəmi - təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün istifadə olunmalıdır.

"2" rəqəmi isə ərzaq, digər gündəlik tələbat malları, dərman vasitələrinin alınması, dövlət, bank, poçt və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə üçündür.

O, həmçinin, açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçündür.

Metro və avtobus necə işləyəcək?

Bakı metropolitenində sərnişindaşımanın və bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət 31 yanvar saat 06:00-dək uzadılır.

190 manat yardım geri qayıdır

14 dekabrdan 18 yanvaradək əvvəlki sərtləşdirilmiş karantin rejimi zamanı müəyyən edilmiş ehtiyacı olan təqribən 600 min nəfərə 190 manat birdəfəlik maddi yardım göstəriləcək. Eyni zamanda zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara yardım edilməsi nəzərdə tutulur, NK-nın qərarında bildirilir.

Xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburi hesab olunur.

Bundan başqa, şənbə və bazar günləri aptek və ərzaq mağazaları və həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri istisna olmaqla digər sahələr xidməti dayandıracaq.

Operativ Qərargah özəl sektor və digər sahələrə tövsiyə edib ki, işçilərin say həddini 30 faizədək azaltsınlar və digər işçiləri məsafədən iş rejiminə keçirsinlər.

Uzadılan xüsusi karantin rejimində Nazirlər Kabineti bir sıra sahələrdə fəaliyyət göstərməsinə icazə verib.

- Hüquq mühafizə, məhkəmə orqanlarının, hərbi xidmət nəzərdə tutulmuş orqanların və vəkillərin fəaliyyəti;

- Fasiləsiz fəaliyyət göstərən digər dövlət orqanlarının (qurumlarının) fəaliyyəti;

- Səhiyyə və sosial xidmət müəssisələrinin fəaliyyəti, dezinfeksiya xidmətləri;
kommunal xidmətlər (su, elektrik enerjisi, qaz, istilik, rabitə və telekommunikasiya, məişət tullantıları), meliorasiya və su təsərrüfatı fəaliyyəti;

- Fasiləsiz fəaliyyət göstərən müəssisələrin, həmçinin qida məhsullarının istehsalı, tədarükü, təchizatı, saxlanması və topdan satışı müəssisələrinin fəaliyyəti;

- Apteklərin, ərzaq mağazalarının (bazarlar və yarmarkalar istisna olmaqla), yanacaqdoldurma məntəqələrinin fəaliyyəti;

- Kütləvi informasiya vasitələrinin fəaliyyəti;

- Mühafizə xidmətləri

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO