UEFA

UEFA "Tottenhem"ə texniki məğlubiyyət verdi - Koronavirusa görə...

Hazırda oxunan: UEFA "Tottenhem"ə texniki məğlubiyyət verdi - Koronavirusa görə...

51555

UEFA Konfrans Liqasının qrup mərhələsinin sonuncu turunda təxirə salınan "Tottenhem" - "Renn" oyunu ilə bağlı qərar verib.

Bizim.Media qurumun rəsmi saytına istinadən xəbər verir ki, kütləvi yoluxma səbəbindən oyuna çıxmayan "Tottenhem"ə texniki məğlubiyyət verilib.

UEFA-nın bu qərarından sonra G qrupunda birinci yeri 14 xalla "Renn" tutub. 10 xala malik Niderland "Vitess"i 2-ci olub.

Hər iki komanda növbəti mərhələyə yüksəlib. "Tottenhem" (7 xal) və Sloveniya "Mura"sı (3 xal) isə sonrakı pillələri tutduqları üçün qrupda qalıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO