Sarımsaq damarları xolesterindən təmizləyir – Eksperimentin nəticələri açıqlandı

Sarımsaq damarları xolesterindən təmizləyir – Eksperimentin nəticələri açıqlandı

Hazırda oxunan: Sarımsaq damarları xolesterindən təmizləyir – Eksperimentin nəticələri açıqlandı

51453

Sarımsaq ekstarktı damarları xolesterindən təmizləyir və ürək xəstəliklərinin inkişafının riskini azaldır.

Bizim.Media xəbər verir ki, bunu Kaliforniya Universitetinin alimləri araşdırmalar nəticəsində aşkar ediblər.

Mənbə qeyd edir ki, xolesterin (yağa oxşayan maddə) qan damarlarının daxili divarlarında pilək şəkilində yığılır ki, nəticədə damarlar daralır, öz elastikliyini itirir, iltihablaşır.

Bu isə ürək-damar sistemi xəstəliklərinin, infarktın inkişafına səbəb olur.

Araşdırmalarda müxtəlif yaşlarda olan (40-75 yaş arası) 55 nəfər insan iştirak edib. İştirakçıları 2 qrupa bölüblər. Bir qrupa daxil olanlara hər gün 2400 mq sarımsaq ekstarktı verilib, 2-ci qrup isə ekstraktı almayıb.  Eksperiment 1 il ərzində davam edib. İştirakçılar eksperimentdən əvvəl və eksperiment qurtardıqdan sonra ürək-damar sisteminin müayinəsindən keçiblər.

Araşdırma qurtardıqdan sonra məlum olub ki, sarımsaq ekstraktı qəbul edən insanların damarlarında xolesterin piləklərinin sayı xeyli azalıb.

Araşdırmalar göstərib ki, xırda doğranmış təzə sarımsaq ürəyin fəaliyyətinə müsbət təsir edir, qan dövranını yaxşılaşdırır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO