Bu gün, dekabrın 19-da Azərbaycandan qayıdan erməni hərbi əsirləri Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar müşayiət edib.
Bizim.Media xəbər verir ki, o, fotoları Twitter mikrobloqunda yerləşdirərək, onlara belə imza atıb: “Şadam ki, 10 erməni hərbçisini vətənə qaytarmaq imkanım oldu”.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan daha 10 erməni hərbçini Ermənistana qaytardı – RƏSMİ AÇIQLAMA
Xatırladaq ki, Avropa Şurasının rəhbəri Çarlz Mişelin vasitəçiliyi ilə ikisi Gümrüdən olan 10 məhbus bu gün vətənə qayıdıb.
Qeyd edək ki, indiyədək erməni əsirlərin geri qaytarılması prosesində rusiyalı general Rüstəm Muradov iştirak edirdi.
Bizim.Media