New York Times: İsrail İranın nüvə proqramını dayandıra bilməz

New York Times: İsrail İranın nüvə proqramını dayandıra bilməz

Hazırda oxunan: New York Times: İsrail İranın nüvə proqramını dayandıra bilməz

51378

“İsrail İranın nüvə proqramını hərbi yolla dayandıra və ya hətta əhəmiyyətli dərəcədə ləngitə bilməz. Yaxın illərdə də bunu bacarmayacaq”.

Bizim.Media xəbər verir ki, bu barədə “The New York Times” İsrail hərbi ekspertlərinin, təhlükəsizlik xidmətlərinin indiki və keçmiş rəhbərlərinin sözlərinə istinadən yazıb.

Amerika nəşrinin fikrincə, bu, yekdilliklə “İranın özbaşına dayandırılması” təhdidinin qeyri-mümkünlüyünə şahidlik edir. 
 

MÖVZU İLƏ BAĞLI:

İran atom enerjisi üzrə danışıqları dayandırdı


“İsrael News” saytı da Vyanada danışıqların dalana dirənməsini bildirib.

İranın nüvə proqramını dayandırmaq üçün eyni vaxtda onlarla obyektə zərbə endirmək lazımdır və İranın əsas nüvə müəssisələri, Fordo və Netensedəki yeraltı zavodlar İsrail Hərbi Hava Qüvvələri üçün praktiki olaraq əlçatmazdır - onları məhv etmək üçün hərbi resurslar İsrail Müdafiə Qüvvələrinin (ÇAXAL) mövcud imkanlarını əhəmiyyətli dərəcədə aşması tələb olunur.

“New York Times” qəzetinin İsrail mənbələrinə görə, ÇAXAL öz sərhədlərindən minlərlə kilometr məsafədə belə genişmiqyaslı hərbi əməliyyat keçirmək üçün resurslara malik deyil. Onun nə kifayət qədər anti-bunker bombaları, nə də bombardmançı təyyarələri var. Onları çatdırmaq üçün havada yanacaq doldurmaq üçün müasir vasitə yoxdur.

İsrailli siyasi şərhçi və araşdırmaçı jurnalist Raviv Drucker bu həftə bildirib ki, keçmiş baş nazir Benyamin Netanyahu iki dəfə ÇAXAL-ın İrana zərbə endirmək üçün əməliyyat planlarını maliyyələşdirməsini inkar edib və hazırlıqların başlanmasını ən azı bir il yarım gecikdirib. 

ÇAXAL-ın 2012-ci ildə İrana qarşı əməliyyat planı var idi və bu plan üç il idi ki, hazırlanırdı. Plan həyata keçirilmədi və 2015-ci ildən sonra ÇAXAL  İran istiqamətində getdikcə daha az fəaliyyət göstərib. 2017-ci ildə İsrail Baş Qərargahı səkkiz yeni yanacaqdoldurma təyyarəsi almağa qərar verib, lakin Netanyahu hökuməti onları yalnız ötən mart ayında sifariş edib. Sifariş edilən partiyadan ilk təyyarə 2024-cü ildən tez olmayaraq İsrailə çatacaq.

ÇAXAL-ın İranın nüvə proqramını məğlub edə bildiyini təkid edən yeganə ekspert Hərbi Hava Qüvvələrinin istefada olan generalı Amos Yadlin olub. 

O deyib ki, “biz dünyanın ən yaxşı hava qüvvələrinə sahibik, İranla bağlı çox yaxşı kəşfiyyatımız var və biz bunu edə bilərik”. 

Bununla belə, Yadlin vurğulayıb ki, İrana hərbi zərbə endirilməsini yalnız başqa çıxış yolu olmadığı halda “son çarə” kimi dəstəkləyəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO