Fuat Oktay:

Fuat Oktay: "Azərbaycanla birlikdə təklif etdiyimiz 3+3 formatında..."

Hazırda oxunan: Fuat Oktay: "Azərbaycanla birlikdə təklif etdiyimiz 3+3 formatında..."

51283

"Türkiyə təkcə Türkiyə-Ermənistan münasibətlərində deyil, bütün regionda münasibətlərin normallaşması arzusunda səmimidir".

Bizim.Media "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay Böyük Millət Məclisindəki çıxışında səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Fuat Oktay xalqımızı "Twitter"də belə təbrik etdi - FOTO


O bildirib ki, Türkiyə Azərbaycanın özünümüdafiə hüququndan istifadə edərək başlatdığı haqq işini, Vətən müharibəsini qətiyyətlə dəstəkləyib:

"Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olması üçün Azərbaycanla birlikdə təklif etdiyimiz 3+3 formatında Regional Əməkdaşlıq Platformasının ilk iclası ötən həftə keçirilib. Türkiyə təkcə Türkiyə-Ermənistan münasibətlərində deyil, bütün region üçün normallaşma arzusunda səmimidir. Təbii ki, belə bir proses Ermənistanın atacağı addımlardan asılı olacaq və Azərbaycanla yaxın koordinasiyada həyata keçiriləcək. Qafqazda davamlı sülh, əmin-amanlıq və rifahın bərqərar olması üçün inklüziv əməkdaşlıq bundan sonra da bizim səmimi arzumuz olacaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO