"Tərtər işi" ilə bağlı qərəzli məlumat yayanlara XƏBƏRDARLIQ EDİLDİ 

Hazırda oxunan: "Tərtər işi" ilə bağlı qərəzli məlumat yayanlara XƏBƏRDARLIQ EDİLDİ 

0:00
0:00
51269

Azərbaycan Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti "Tərtər işi" ilə bağlı qərəzli məlumat yayan bəzi şəxslərə xəbərdarlıq edib.

Bizim.Media xəbər verir ki, xəbərdarlıqda deyilir:
 

MÖVZU İLƏ BAĞLI:

Baş Prokurorluq, DİN və DTX birgə məlumat yaydı – “Tərtər işi" ilə bağlı


"Kütləvi informasiya vasitələrinin nümayəndələrinin, sosial media platformaları istifadəçilərinin, eləcə də cinayət prosesi iştirakçılarının diqqətinə çatdırılır ki, ibtidai araşdırma məlumatlarının müvafiq icazə olmadan yayılması yolverilməz olmaqla cinayət qanunvericiliyinə əsasən məsuliyyət yaradır, habelə istintaqa təsir göstərmək, cəmiyyətdə qəsdən yanlış fikir formalaşdırmaq, qalib Azərbaycan Ordusunun nüfuzuna, dövlət orqanlarının fəaliyyətinə kölgə salmaq məqsədilə qərəzli surətdə təhrif olunmuş məlumatlar yayan şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir".

Qeyd edək ki, Azərbaycan Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat Xidmətləri "Tərtər işi" ilə bağlı birgə məlumat yayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO