Mahir Emreliyə 2 milyonluq TƏKLİF 

Mahir Emreliyə 2 milyonluq TƏKLİF 

Hazırda oxunan: Mahir Emreliyə 2 milyonluq TƏKLİF 

51248

Mahir Emreli karyerasını Macarıstanda davam etdirə bilər.

Bizim.Media xəbər verir ki, "Legiya"nın üzvü ilə "Fehervar" yaxından maraqlanır. Macarıstan təmsilçisi azərbaycanlı futbolçu üçün 2 milyon avro ödəmək niyyətindədir.

"Fehervar" hazırda liqada 26 xalla 12 komanda arasında 4-cü pillədə qərarlaşıb. 

Qeyd edək ki, "Legiya" fanatları Ekstraklasanın 18-ci turda "Visla"ya 0:1 hesablı məğlubiyyətdən sonra "Legiya"nın futbolçularına hücum edib.

Nəticədə Mahir Emreli başından xəsarət alıb. O, hadisədən sonra Varşava təmsilçisində oyuna və məşqlərə çıxmır. Klub rəhbərliyi bu hadisədən sonra ayrılmağa qərar verən futbolçu ilə müqavilə barədə danışıqlar apardığını təsdiqləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO