“Tərtər işi” ilə bağlı Baş Prokurorluqda yeni istintaq qrupu yaradılıb.
Bizim.Media-nın əldə etdiyi məlumata görə yeni istintaq qrupu sözügedən məsələ ilə bağlı son zamanlar şikayətçi şəxslərin izahatları üzərində araşdırmalar aparacaq.
MÖVZU İLƏ BAĞLI:
“Tərtər işi”nin müstəntiqindən ÖZƏL MÜSAHİBƏ - İSTİNTAQ VİDEOLARI
Həmçinin prosesdə yeni dindirilmələr olacaq.
Xatırladaq ki, 2017-ci ilin mayında Azərbaycanın Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanat yayaraq bir qrup hərbi qulluqçular, digər mülki şəxslərin ölkəyə xəyanət etdiklərini və Ermənistana məlumat ötürdükləri barədə bəyanat yayıb.
Daha sonra baş vermiş hadisəyə görə cinayət işi başlanıb.
Hərbi Prokuror Xanlar Vəliyevin verdiyi açıqlamaya görə, işgəncə faktı ilə bağlı 16 nəfər müxtəlif vəzifəli şəxslər məsuliyyətə cəlb edilib.
MÖVZU İLƏ BAĞLI:
Ehtiyatda olan polkovnikdən “Tərtər” işi ilə bağlı – “Təmiz adamları çirkaba batırmaq...” - ÖZƏL
Cinayət işi başlayanadək bir nəfər şəxs işgəncələrdən vəfat edib.
Bizim.Media