Azərbaycanda məşğul əhalinin sayı artdı

Azərbaycanda məşğul əhalinin sayı artdı

Hazırda oxunan: Azərbaycanda məşğul əhalinin sayı artdı

0:00
0:00
51087

Bu ilin dekabrın 1-nə olan ilkin məlumatlara əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 302,4 min nəfər olub, onlardan 4 986,6 min nəfərini məşğul əhali təşkil edib.

Bizim.Media Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadi fəal əhalinin sayı 0,96%, məşğul əhalinin sayı isə 2% artıb.

Cari il noyabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 702,1 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 903,6 min nəfər, qeyri-dövlət sektorunda isə 798,5 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 31,6 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 670,5 min nəfər çalışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO