Ətraf qəsəbələrə 170 yeni avtobus VERİLƏCƏK – BNA-dan RƏSMİ AÇIQLAMA

Ətraf qəsəbələrə 170 yeni avtobus VERİLƏCƏK – BNA-dan RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Ətraf qəsəbələrə 170 yeni avtobus VERİLƏCƏK – BNA-dan RƏSMİ AÇIQLAMA

51013

Bakıətrafı qəsəbələrdəki xətlərdə hələ də istismara yararsız və köhnə avtobuslar var. Rəsmi qurumlar Azərbaycanda avtobus parkının yenilənməsi ilə bağlı ardıcıl tədbirlərin aparıldığını bildirsələr də, paytaxtın Biləcəri, Nardaran, Hövsan, Maştağa, Bilgəh, Buzovna, Zaqulba, Sabunçu, Zabrat, Qaraçuxur və Bakıxanov qəsəbələrində problemli avtobuslarla əlaqədar şikayətlərin ardı-arası kəsilmir. 

Halbuki Bakı Nəqliyyat Agentliyi problemin il ərzində tamamilə həll olunacağını açıqlamışdı. 

Bəs, ətraf qəsəbələrin avtobusları konkret olaraq nə vaxt yenilənəcək?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Agentliyin mətbuat katibi Mais Ağayev ətraf kənd və qəsəbələrdə, eləcə də Biləcəri qəsəbəsində sərnişindaşımaların hazırki vəziyyətinin qənaətbəxş olmadığını vurğulayıb. O, quruma da vətəndaşlarımızdan bu barədə müraciətlərin daxil olduğunu deyib:

“Vəziyyətin müsbətə doğru dəyişdirilməsi üçün davamlı olaraq iş aparılır. Məsələylə bağlı dövlət başçısının da tapşırığı var. Bu tapşırığın icrası çərçivəsində bildiyiniz kimi ötən il Bakı şəhəri üçün daha 320 avtobusun alınması ilə bağlı qardaş Türkiyə Respublikasının BMC şirkətilə müqavilə imzalanıb.

Bu avtobusların 170 ədədi 9 metrlik avtobuslardır. Həmin avtobuslar bütünlüklə gətirilərək məhz ətraf kənd və qəsəbələr istiqamətində isismara veriləcək”. 

Qurum sözçüsü əlavə edib ki, ötən 5 ildə gətirilən yeni sərnişindaşıma tələblərinə cavab verən 12 metrlik avtobuslardan ətraf ərazilər üzrə istismara veriləni var:

“Lakin bizim bir çox qəsəbələrin yolları dar olduğundan 12 metrlik avtobuslar orada rahat hərəkət edə bilmir. Ona görə də 9 metrlik avtobusların alınmasına qərar verilib”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO