Azərbaycanda bu il neçə avtomobil istehsal edilib? – RƏSMİ

Azərbaycanda bu il neçə avtomobil istehsal edilib? – RƏSMİ

Hazırda oxunan: Azərbaycanda bu il neçə avtomobil istehsal edilib? – RƏSMİ

50836

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 1 992 vahid minik avtomobili istehsal olunub.

Bizim.Media-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ötən ilin analoji dövrü ilə müqayisədə 21,3% çoxdur.

Təkcə noyabr ayında 130 vahid avtomobil buraxılıb ki, bu da oktyabr ayı ilə müqayisədə 2,7 dəfə azdır. Qeyd edək ki, dekabrın 1-nə hazır avtomobil ehtiyatı 381 vahid təşkil edib.

Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda minik avtomobillərinin istehsal 17,4% azalaraq 1 949 vahid təşkil edib.

Ötən il minik avtomobillərinin istehsalında azalma koronavirus pandemiyası çərçivəsində ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar olub. Belə ki, 2020-ci ilin aprelindən ölkədə minik avtomobillərinin istehsalı dayandırılmışdı. İstehsal yalnız iyunda bərpa olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO