Azərbaycan və Türkiyənin diaspor təşkilatları Vyanada bir araya gəldilər - FOTO

Azərbaycan və Türkiyənin diaspor təşkilatları Vyanada bir araya gəldilər - FOTO

Hazırda oxunan: Azərbaycan və Türkiyənin diaspor təşkilatları Vyanada bir araya gəldilər - FOTO

50713

Dekabrın 14-də Vyanada Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycanın Avstriyadakı Səfirliyinin təşkilatçılığı ilə reallaşan tədbirdə Azərbaycan Milli Məclisinin deputatları Tahir Mirkişili, Əminə Ağazadə və Elnur Allahverdiyev, Türkiyə Böyük Millət Məclisinin üzvü Muhammed Fatih Toprak, Türkiyənin Avstriyadakı səfiri Ceyhun Ozan, bu ölkədəki Azərbaycan və Avstriya diasporunun fəalları iştirak ediblər.
 

MÖVZU İLƏ BAĞLI:

Texas ştatında Azərbaycan icmasının üzvləri ilə görüş - FOTO


Tədbiri giriş sözü ilə açan Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli bildirib ki, xalqımız, eləcə də dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız, hər il 31 dekabr tarixini Dünya Azərbaycanlılarının Həmrəylik Gününü kimi böyük təntənə və qürur hissi ilə qeyd edir. Bu bayram ildən-ilə daha geniş vüsət alır, daha geniş şəkildə keçirilir.

Türkiyənin Avstriyadakı səfiri Ceyhun Ozan çıxışında ulu öndərlər Heydər Əliyev və Mustafa Kamal Atatürkün iki ölkə arasında qardaşlığın rəmzinə çevrilmiş kəlamlarını yada salaraq, b gün hər iki ölkənin dövlət başçılarının da iki qardaş dövlət arasında strateji əməkdaşlığın inkişafı üçün səylə çalışdıqlarını diqqətə çatdırıb.

Qeyd edilib ki, 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana mənəvi dəstəyi, bu il Türkiyədə baş verən meşə yanğınlarında Azərbaycanın qardaş yardımı bu dostluq və qardaşlığın bariz nümunələridir.

Tədbirdə Avstriyadakı türk diaspor təşkilatlarının rəhbərləri də çıxış ediblər, sonra birgə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO