“Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasını dəstəkləyirik” - Stoltenberq

“Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasını dəstəkləyirik” - Stoltenberq

Hazırda oxunan: “Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasını dəstəkləyirik” - Stoltenberq

50709

“Azərbaycan bizim Əfqanıstandakı sabiq missiyamıza mühüm töhfələr vermişdir və Azərbaycan Silahlı Qüvvələri Kabil hava limanında bu yay aparılan təxliyə işləri zamanı təhlükəsizliyin təmin edilməsində mühüm rol oynamışdır”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri dekabrın 14-də NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə Alyansın mənzil-qərargahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında səsləndirib.

Onun sözlərinə görə, NATO müttəfiqləri bir neçə gün ərzində 120 mindən çox insanın təyyarə ilə çıxarılaraq təhlükəsizliyinə nail olmuşdur:

“Bütün səyləriniz və dəstəyiniz üçün çox sağ olun. Cənubi Qafqazda təhlükəsizlik və sabitlik bizim hamımız üçün vacibdir. Bütün insanların sülh şəraitində gələcəyini təmin etmək üçün biz hər ikisi NATO-nun dəyərli tərəfdaşı olan Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasını dəstəkləyirik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO