Təminat Fondu büdcədənkənar dövlət fondu statusunda olacaq

Təminat Fondu büdcədənkənar dövlət fondu statusunda olacaq

Hazırda oxunan: Təminat Fondu büdcədənkənar dövlət fondu statusunda olacaq

50632

Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun statusunun dəqiqləşdirilir.

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Dövlət borcu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Respublikasının dövlət borcuna xidmət xərclərinin müvafiq büdcə ili üçün dövlət büdcəsində nəzərdə tutulandan artıq olan hissəsinin və dövlət zəmanəti üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün hüquqi şəxs yaratmadan təsis edilmiş büdcədənkənar dövlət fondu Təminat Fondu yaradılır.

Qeyd edək ki, hazırda Təminat Fondu Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibində məqsədli büdcə fonddur.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO