Özbəklər Azərbaycana niyə gəlmək istəmir? – “Təyyarə biletləriniz ABŞ-a olan qiymətədir” - DEPUTAT

Özbəklər Azərbaycana niyə gəlmək istəmir? – “Təyyarə biletləriniz ABŞ-a olan qiymətədir” - DEPUTAT

Hazırda oxunan: Özbəklər Azərbaycana niyə gəlmək istəmir? – “Təyyarə biletləriniz ABŞ-a olan qiymətədir” - DEPUTAT

0:00
0:00
50604

“Bizim əhalimiz deyir ki, biz Azərbaycanın turizm bölgəsində 5 günə qaldığımız pula Türkiyədə bir həftə dincələ bilərəm. Axı bizim daxili turizmimiz niyə belə baha olmalıdır ki?”

Bizim.Media xəbər verir ki, bu sözləri Qənirə Paşayeva Milli Məclisin plenar iclası zamanı deyib.

O, həmçinin bilet qiymətlərin çox baha olmasından da danışıb.

“Mən Özbəkistanda olduğum müddətdə oradakı heyəti Azərbaycana dəvət etdim. Lakin onlar mənə bildirdilər ki, 2 saata gedəcəyimiz yolu biz gərək Türkiyəyə uçaq, oradan təyyarəni dəyişək. Bu isə bizim 10 saatdan çox müddətimizi alacaq. Bundan başqa yol qiyməti ABŞ-a olan bilet qiymətləri ilə eyni başa gələcək. Biz illərlədi bu problemi müzakirə edirik”.

Millət vəkili regionlarda mədəni turizm üçün şəraitsizlikdən də danışıb. O, bildirib ki, bu problemlərin həll olunması üçün ayrılan vəsaitlərin də ünvanı bilinmir.

“Göytəpə arxeoloji park haqqında Prezident 9 ildir ki, sərəncam verib. Ancaq heç bir iş görülməyib. Hanı ora ayrılan vəsait? Bundan başqa 9 ildir Nizami Gəncəvinin heykəli Bərdədə götürülüb ki, təmir edilib yeri dəyişdiriləcək, ancaq bu il Nizami ilində də bu edilmədi”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO