Kəlbəcərdə FHN-nin yerli strukturu fəaliyyətə başladı - VİDEO

Kəlbəcərdə FHN-nin yerli strukturu fəaliyyətə başladı - VİDEO

Hazırda oxunan: Kəlbəcərdə FHN-nin yerli strukturu fəaliyyətə başladı - VİDEO

5060

Azərbaycannın Fövqəladə Hallar Nazirliyi işğaldan azad edilmiş ərazilərdə yerli bölmələrinin təşkilini davam etdirir.

Bizim.Media-ya nazirlikdən verilən məlumata görə, 11 dekabr 2020-ci il tarixindən etibarən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Kəlbəcər rayon Dövlət Yanğından Mühafizə Hissəsi Kəlbəcər şəhərində fəaliyyətə başlayıb.

Hissə xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq texnika və avadanlıqlarla təchiz edilib.

Xatırladaq ki, bundan əvvəl FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərlərində və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerli strukturları fəaliyyətə başlayıb.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO