Polşanın “Legiya” klubu futbolçulara edilən hücumla bağlı açıqlama yayıb.
Bizim.Media klubun saytına istinadən xəbər verir ki, aqressiv davranan bir qrup insanın hərəkəti pislənib.
Bildirilib ki, insident oyunçuları daşıyan nəqliyyat vasitəsi klubun bazasına qayıdarkən olub:
MÖVZU İLƏ BAĞLI:
Azarkeşlər futbolçulara hücum etdi, Mahir Emreli döyüldü
"Təhlükəsizlik tədbirlərinə baxmayaraq, avtobus müvəqqəti saxlanılıb, daha sonra bir qrup azarkeş içəri daxil olaraq futbolçulara qarşı aqressivlik nümayiş etdirib. Polisin müdaxiləsi nəticəsində qrup dərhal dağıdılıb. Polis hadisənin təfərrüatlarını aydınlaşdırır".
Klub bundan sonra komanda ilə bağlı təhlükəsizlik tədbirlərinin daha da gücləndiriləcəyini açıqlayıb:
"Hazırda futbolçularla danışıqlar aparırıq, bundan sonra gələcək rəsmi addımlar barədə birgə qərar verəcəyik. Prioritetimiz məsələnin mahiyyətinə tam aydınlıq gətirmək, həmçinin klubun bütün oyunçuları və əməkdaşlarının təhlükəsizliyini təmin etməkdir".
Qeyd edək ki, azarkeşlərin hücumu nəticəsində "Legiya"nın iki legioneri xəsarət alıb. Onlardan birinin Azərbaycan millisinin hücumçusu Mahir Emreli, digərinin isə Lukinyas olduğu bildirilib. Emrelinin başından xəsarət aldığı iddia edilir.
Bizim.Media