Elman Nəsirov: “Mənim məhz Səfər Mehdiyevin bu yanaşmasından xoşum gəlmir” – VİDEO

Elman Nəsirov: “Mənim məhz Səfər Mehdiyevin bu yanaşmasından xoşum gəlmir” – VİDEO

Hazırda oxunan: Elman Nəsirov: “Mənim məhz Səfər Mehdiyevin bu yanaşmasından xoşum gəlmir” – VİDEO

50489

“Azərbaycan müəyyən radikal müxalifət kəsimi var ki, hər şeyi qara görür. İndi mən onları nəzərə alaraq, bütün Azərbaycan müxalifəti radikaldır, hər şeyi qara görür, xarici qüvvələrin əlaltılarına çevrilib, sapı özümüzdən olan baltalardır”, desəm bu Pənah bəyin xətrinə dəyər.

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Elman Nəsirov Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynlə çıxdığı debatda bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

"Ermənilər niyə Qarabağda qalmalıdır?" - Elman Nəsirovdan David Babayana CAVAB


Belə ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin “Milli Məclisdə bəzi deputatlar öz biznesləri üçün, gömrük limitlərinin azaldılmasına qarşı çıxıblar”, fikirlərinə münasibət bildirən, Elman Nəsirov konkret şəxslər haqqında danışarkən, hamıya ünvanlamağın doğru olmamasına müxalifət üzərindən gətirdiyi örnəklə diqqət çəkib.

Fikirlərinin davamında isə “Səfər Mehdiyev açıqlamasında ad çəkmir, hansı komitədən olduğunu bildirmir.

Mənim xoşuma gəlməyən cəhət odur ki, mən də deputatam deməli mən də bu işlə məşğul oluram? Mənim məhz bu yanaşmadan xoşum gəlmir ki, Səfər Mehdiyev dəqiq ad çəkməyib”, - deyə millət vəkili qeyd edib.

Həmin görüntüləri təqdim edirik:

Murad Əhmədov, Bizim.Media 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO