OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) ölkələri bu ilin noyabr ayında gündəlik neft istehsalını 285 min barel artıraraq (oktyabr ayı ilə müqayisədə) 27 717 min barelə çatdırıb.
Bu barədə Bizim.Media OPEC-in aylıq hesabatına istinadən xəbər verir.
Məlumata görə, hasilatın artırılmasına baxmayaraq, OPEC ölkələri "OPEC+" razılaşması (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) çərçivəsində öhdəliklərini 122% yerinə yetirib.
Hesabata qeyd edilir ki, "OPEC+" razılaşmasında 13 OPEC ölkəsindən 10-u iştirak edir, İran, Liviya və Venesuela hasilatın azaldılmasından azad edilib.
Beləliklə, noyabr ayında razılaşmada iştirak edən 10 ölkə gündəlik neft hasilatını 3 206 min barel azaldıb, bu da "OPEC+" çərçivəsində olan öhdəliyi 570 min barel üstələyib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
17:22 / 13.12.2021
Ötən ay "OPEC+" öhdəlikləri neçə faiz yerinə yetirilib?
Hazırda oxunan: Ötən ay "OPEC+" öhdəlikləri neçə faiz yerinə yetirilib?
Hazırda oxunan: Ötən ay "OPEC+" öhdəlikləri neçə faiz yerinə yetirilib?
50481
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.