Son iki gün ərzində Bakı-Astara-İran avtomobil yolu boyunca Rusiyadan İrana keçmək istəyən yük maşınların böyük növbəsi yaranıb.
Təxminən 30 km-lik məsafədə yüzlərlə TIR yol kənarlarına çəkilərək növbə gözləyir. Növbə Astara rayonuna girəcəkdən Cəlilabad rayonuna qədər uzanır.
Müxtəlif hissələrdə qrup şəklində gözləyən yük maşınlarının sürücüləri nə baş verdiyindən xəbərsiz olduqlarını deyirlər. Sürücülər bunun pandemiya ilə əlaqəli olduğunu güman etmirlər. Texniki problemlərə gəldikdə isə, indi sərhəd keçid məntəqələrinin daha az yüklü olduğunu bildirirlər.
Bizim.Media məsələ ilə bağlı araşdırmanı davam etdirir.
Bizim.Media