Gəncədə güclü YANĞIN - Elektrik enerjisinin verilməsi dayandırıldı

Gəncədə güclü YANĞIN - Elektrik enerjisinin verilməsi dayandırıldı

Hazırda oxunan: Gəncədə güclü YANĞIN - Elektrik enerjisinin verilməsi dayandırıldı

50410

Gəncədə yerləşən şirniyyat evlərindən birində güclü yanğın baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Mirzə Abbas Abbaszadə küçəsində, Mərkəzi poçtun yaxınlığında qeydə alınıb.

Belə ki, səhər saatlarında elektrik qovşağında qısaqapanmadan sonra yanğın başlayıb. Bu səbəbdən əraziyə elektrik enerjisinin verilməsi dayandırılıb. Ərazidə işıq təminatı kəsilib.

Ərazidə işıqforlar da işləmir. Şahidlərin sözlərinə görə, yanğın güclü partlayışla müşahidə edilib. Hal-hazırda “Azərişıq” ASC-nin əməkdaşları əraziyə cəlb olunub və elektirk enerjisinin bərpası istiqamətində işlər aparılır. 

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO