Azarkeşlər futbolçulara hücum etdi, Mahir Emreli döyüldü

Azarkeşlər futbolçulara hücum etdi, Mahir Emreli döyüldü

Hazırda oxunan: Azarkeşlər futbolçulara hücum etdi, Mahir Emreli döyüldü

50378

Polşanın “Legiya” klubunun səfərdə Plotsk “Visla”sına 0:1 hesabı ilə uduzduğu barədə xəbər vermişdik.

Bizim.Media-nın məlumatına görə, azarkeşlər oyundan sonra “Legiya”nın oyunçularına hücum edərək onlara xəsarət yetiriblər.
 

MÖVZU İLƏ BAĞLI:

Mahirin komandası Krivotsyuklu "Visla"ya belə uduzdu - VİDEO


Polşa mətbuatı legioner futbolçulardan ciddi xəsarət aldığını yazıb. Bu futbolçuların Azərbaycan millisinin üzvü Mahir Emreli və Lukinyas olduğu iddia olunur.

“İnteria” nəşri polisin hadisəyə müdaxilə etdiyini yazıb.

Xatırladaq ki, qarşılaşmadan sonra “Legiya”nın baş məşqçisi Marek Qolebiyevski istefa verib. Uğursuz mövsüm keçirən "Legiya" 12 xalla 18-ci pillədə qərarlaşır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO