Azərbaycanda cinayətkar qrup saxlanıldı – DETALLAR 

Azərbaycanda cinayətkar qrup saxlanıldı – DETALLAR 

Hazırda oxunan: Azərbaycanda cinayətkar qrup saxlanıldı – DETALLAR 

50373

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabr-dekabr ayları ərzində 3 rayonda mal-qara oğurlayan cinayətkar qrupun üzvləri saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Polis Şöbəsinə rayonun Soltankənd, Hacıhətəmli, Qoşakənd, Qurbanəfəndi, eləcə də şəhər ərazisində yerləşən evlərin həyətyanı sahələrindəki tövlələrdən ümumilikdə 12 baş iri və xırdabuynuzlu mal-qaranın oğurlanması barədə müraciətlər daxil olub.

Keçirilən əməliyyat zamanı həmin cinayət əməllərini törətməkdə şübhəli bilinən rayon sakinləri Elçin Pirverdiyev, Radim Qədirov və Əfsanə Tarverdiyeva saxlanılıb, digər bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Onlar ifadələrində oğurluqları gecə saatlarında evlərdə heç kimin olmamasından əmin olduqdan sonra törətdiklərini bildiriblər.

Əməllərini həyata keçirdikdən sonra isə istifadələrində olan “Ford” markalı yük avtomobili ilə Bakı şəhərinə apararaq orada Maştağa, Nardaran və Bülbülə qəsəbələrində satıblar.

Araşdırma zamanı saxlanılan şəxslərin Qəbələ və Göyçay rayonlarında da mal-qara oğurladıqları məlum olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO