Şəmkirdə 2 nəfər həbs edildi – SƏBƏB

Şəmkirdə 2 nəfər həbs edildi – SƏBƏB

Hazırda oxunan: Şəmkirdə 2 nəfər həbs edildi – SƏBƏB

50370

Şəmkir rayonunda qadını bıçaqla hədələyərək 15 min manatlıq qızıllarını quldurluq yolu ilə ələ keçirən şəxslər barəsində cinayət işi başlanılıb.

Bizim.Media xəbər verir ki, hadisə noyabrın 26-da rayon ərazisində qeydə alınıb.

Belə ki, naməlum şəxslər Aybəniz Zeynalovanın ümumilikdə 15 064 manat dəyərində qızıl-zinət əşyalarını, mobil telefonunu və pulqabısını aparıblar.

Daha sonra Şəmkir Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Sənani Misirov və onun ögey bacısı Gülnar Həşimzadə saxlanılıb.

Hər iki şəxs barəsində müxtəlif maddələrlə ittiham irəli sürülüb, rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO