Hikmət Mirzəyevin yaxın qohumunun evindən oğurluq edildi – RƏSMİ AÇIQLAMA

Hikmət Mirzəyevin yaxın qohumunun evindən oğurluq edildi – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Hikmət Mirzəyevin yaxın qohumunun evindən oğurluq edildi – RƏSMİ AÇIQLAMA

50365

Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevin evindən oğurluq edilməsi iddiası ilə bağlı yeni təfərrüat məlum olub.

Hüquq-mühafizə orqanlarından Bizim.Media-ya bildirilib ki, hadisə generalın yaxın qohumunun evində baş verib.

MÖVZU İLƏ BAĞLI:

Hikmət Mirzəyevin evindən oğurluq edilib? – DİN-dən AÇIQLAMA


Belə ki, H.Mirzəyevin yaxın qohumunun Abşeron rayonu ərazisində yerləşən evindən oğurluq edilib.

Hazırda faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə H.Mirzəyevin evindən oğurluq edilməsi ilə bağlı məlumat yayılmışdı. Daha sonra Daxili İşlər Nazirliyi məlumatı təkzib etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO