Qubada Heydər Əliyevin xatirəsi anıldı - FOTO

Qubada Heydər Əliyevin xatirəsi anıldı - FOTO

Hazırda oxunan: Qubada Heydər Əliyevin xatirəsi anıldı - FOTO

0:00
0:00
50314

Azərbaycan xalqının xilaskarı, dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsi Qubada da hörmətlə anılıb.

Bizim.Media-nın məlumatına görə, səhər saatlarından başlayaraq sakinlər, ictimaiyyət nümayəndələri, DTX-nın rayon şöbəsinin rəisi və digər  rəsmilər Heydər Əliyevin Quba şəhərindəki abidəsini ziyarət etməyə başlayıblar.

MÖVZU İLƏ BAĞLI:

Gəncədə Ulu öndər Heydər Əliyevin xatirəsi anıldı - FOTO

Ümummilli Liderin anım günü ilə əlaqədar Orduda silsilə tədbirlər keçirildi - FOTO/VİDEO


Quba İH başçısı Ziyəddin Əliyev və müavinləri də ziyarətçilər arasında olub. Rəsmilərlə yanaşı, gənclər, məktəblilər, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının tələbələri, hər təbəqədən olan insanlar xalqın əbədiyaşar dövlət xadiminin abidəsi önünə gələrək oraya tər güllər düzüb, ehtiramlarını bildiriblər.

Qubada anım tədbirləri pandemiya şəraitinə uyğun olaraq aparılıb.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO