Hikmət Hacıyev: “Heydər Əliyevin qoyduğu dövlətçilik irsi bu gün uğurla davam etdirilir”

Hikmət Hacıyev: “Heydər Əliyevin qoyduğu dövlətçilik irsi bu gün uğurla davam etdirilir”

Hazırda oxunan: Hikmət Hacıyev: “Heydər Əliyevin qoyduğu dövlətçilik irsi bu gün uğurla davam etdirilir”

50306

"Ulu öndər Heydər Əliyevin xatirəsini böyük hörmət və ehtiramla yad edirik. Azərbaycan xalqının, dövlətçiliyinin tarixində ümummilli lider Heydər Əliyevin müstəsna və əhəmiyyətli rolu var. Azərbaycan dövlətçiliyinin təməlinin qoyulması və möhkəmlənməsi, ölkəmizin inkişafı bilavasitə Ulu Öndərin adı ilə bağlıdır".

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ümummilli lider Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar İstanbulda keçirilən anım mərasimində jurnalistlərə açıqlamasında bildirib.

MÖVZU İLƏ BAĞLI:

Ümummilli lider Heydər Əliyevin vəfatından 18 il ötür - VİDEO


Prezidentin köməkçisi qeyd edib ki, 1980-ci illərin sonunda Ulu Öndərin SSRİ-nin Mərkəzi hakimiyyət orqanlarında tutduğu vəzifələrdən kənarlaşdırılması ilə Azərbaycan xalqına qarşı mənfur siyasətin başlamasının bütün çalarlarını görürük:

"Çünki onların qarşısında ən böyük sipər Ulu Öndər amili idi. Həmin dövrdə Azərbaycana qarşı o mənfur planları planlaşdıranlar və həyata keçirənlər hər şeyi çox gözəl hesablamışdılar. Amma onlar bir amili görə bilmədilər - Azərbaycan xalqının müdrikliyini. Onlar 1993-cü ildə xalqın israrlı tələbi ilə Ulu Öndərin hakimiyyətə qayıtması nəticəsində ölkəmizin yenidən qurulması prosesini nəzərə almamışdılar. Heydər Əliyevin qoyduğu dövlətçilik irsi bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Ötən il noyabrın 8-də, Şuşa işğaldan azad olunduğu gün Prezident İlham Əliyev Ulu Öndərin məzarını ziyarət edərkən bu sözləri dedi: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”. Bəli, Ulu Öndərin Azərbaycan xalqı və xüsusilə də Ali Baş Komandan qarşısında qoyduğu əsas vəzifə Qarabağın işğaldan azad edilməsi idi”.

Hikmət Hacıyev deyib ki, bu gün Azərbaycan dövləti Ulu Öndərin qoyduğu irs əsasında hərtərəfli inkişaf edir, beynəlxalq aləmin layiqli üzvüdür və ölkəmizin dünyada artan nüfuzu hər kəsin gözü önündədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO