Azərbaycan səfiri:

Azərbaycan səfiri: "İran şirkətlərini bu imkandan istifadə etməyə səsləyirəm"

Hazırda oxunan: Azərbaycan səfiri: "İran şirkətlərini bu imkandan istifadə etməyə səsləyirəm"

50230

Tehranın simvolu sayılan “Milad Tower” qülləsində “İran ilə Azərbaycanın əməkdaşlıqlarının inkişafı yollarının araşdırılması” mövzusunda konfrans keçirilib.

Azərbaycanın İrandakı səfirliyindən Bizim.Media-ya verilən məlumata görə, konfransda vaxtı ilə işğal olunmuş ərazilərimizdəki şəhər və kəndlərin, məscidlərin, dini, tarixi, mədəni abidələrin erməni vandalları tərəfindən dağıdılmasından və 44 günlük Vətən müharibəsindən sonra orada aparılan quruculuq işlərindən bəhs edilən filmin nümayiş etdirilib.

Tədbirdə çıxış edən Azərbaycanın İrandakı səfiri Əli Əlizadə ölkələrimiz arasında münasibətlərinin yaxın dostluq və sıx əməkdaşlıq üzərində qurulduğunu bildirib.

O, Azərbaycan Prezidentinin İranla əlaqələrin inkişafına xüsusi önəm verdiyini diqqətə çatdırıb.

Səfir son zamanlar iki ölkə rəhbərləri və rəsmiləri arasında keçirilən ikitərəfli görüşlər, əldə olunan razılıqlar, iki ölkənin iqtisadi-ticari əməkdaşlıqları, layihələri və əməkdaşlığın gələcək perspektivləri haqqında məlumat verərək iş adamlarını bu imkanlardan istifadə etməyə səsləyib.

Sonra İranın Azərbaycandakı səfiri Abbas Müsəvi, İran parlamentinin üzvü Mahmud Abbaszadə, İranın Bakıdakı Mədəniyyət Mərkəzinin keçmiş rəhbəri İbrahim İbrahimi və digərləri çıxış edərək iki ölkə arasındakı münasibətlərin və əməkdaşlığın daha da möhkəmləndirilməsinin önəmini qeyd edib, fikirlərini bölüşüblər.

Çıxışlarda hər iki dövlətin daha yaxın əməkdaşlıq etmək üçün böyük potensiala sahib olduğu, bu potensialdan səmərəli istifadə olunması və ortaq layihələrin artırılmasının zəruriliyi vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO