Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili hesab edir ki, cəmiyyətdə barışıq üçün dialoq onun hazırkı dövlət başçısı Salome Zurabişvili və onun sələfi Giorgi Marqvelaşvili ilə görüşündən başlamalıdır.
Bizim.Media “Newsgeorgia” nəşrinə istinadən xəbər verir ki, bu barədə Saakaşvilinin Facebook sosial şəbəkəsindəki müraciətində deyilir.
“Gürcüstanın dördüncü prezidenti Giorgi Marqvelaşvilinin üç prezidentin görüşü ilə bağlı səsləndirdiyi təklifi xatırlamaya bilmərəm... Qanunsuz məhbus kimi bu görüş əsasında azad olunacağımla bağlı heç bir illüziyam yoxdur. Ona görə də mən təklif edirəm ki, ilk belə görüş Qori hərbi hospitalında keçirilsin. Mənim hələ də məhbus statusum var və sizdən əfv istəmirəm. Bu görüşdə də xahiş etmək fikrində deyiləm. Mən dərindən əminəm ki, belə dialoqun alternativi yoxdur”, - Saakaşvili yazıb.
MÖVZU İLƏ BAĞLI:
Saakaşvili ilə bağlı yeni qalmaqal - Psixiatr müayinəsindən keçəcək
O, həmçinin Gürcüstan cəmiyyətini, siyasi qüvvələri, qeyri-hökumət sektorunu, medianı və beynəlxalq ictimaiyyəti onun təşəbbüsünü dəstəkləməyə çağırıb.
Bizim.Media
- A-
- A
- A+
Region
22:47 / 11.12.2021
Saakaşvili Gürcüstanın hazırkı prezidentini və onun sələfini görüşə çağırdı: “Əfv istəmirəm”
Hazırda oxunan: Saakaşvili Gürcüstanın hazırkı prezidentini və onun sələfini görüşə çağırdı: “Əfv istəmirəm”
Hazırda oxunan: Saakaşvili Gürcüstanın hazırkı prezidentini və onun sələfini görüşə çağırdı: “Əfv istəmirəm”
50227
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.