Son günlərdə Ermənistan tərəfinin sərhəddə fəallığı yenidən artmaqdadır.
Belə ki, dekabrın 8-dən başlayaraq, Ermənistan silahlı qüvvələri ardıcıl olaraq ordumuzun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərinə qarşı təxribatçı hərəkətlərə yol veriblər.
Ermənistan tərəfinin bu cür addımları Brüssel görüşünə günlər qaldığı bir vaxtda atması isə, İrəvanın planlı şəkildə təxribatlara yol verməsi ehtimallarını daha da artırıb.
Ermənistanın sərhəd təxribatlarının səbəblərini Bizim.Media üçün şərh edən politoloq İlqar Vəlizadə İrəvanın bu siyasətinin Brüssel görüşünü sabotaj etməyə istiqamətləndiyini qeyd edib:
“Bu, Ermənistanın ənənəvi siyasətidir. Mühüm görüşlər ərəfəsində təxribatlara əl atırlar ki, sonradan Azərbaycanı ittiham edərək görüşün ahəngini pozsunlar. Görüşdə hər hansı vacib problemlərin həlli və müzakirəsi zamanı, müəyyən destruktiv çalarlarla dialoqu başqa istiqamətə yönəltsinlər. Son nəticədə də öz üzərlərinə düşən öhdəlikləri yerinə yetirməməyə çalışırlar. Bu, eyni zamanda beynəlxalq icmanın və görüşü təşkil edən vasitəçilərin gündəliklərini pozmaq məqsədi güdür”.
Politoloq ermənilərin bu cür destruktiv addımlarının məqsədinə çatmaq ehtimallarını da qiymətləndirib:
“Bu siyasət ermənilərə heç vaxt uğur gətirməyib. İndi də gətirməyəcək. Əksər hallarda vasitəçilər aldanırlar. Bu da əslində yolverilməzdir. Çünki son nəticədə həmin vasitəçilər ermənilərin “faktlarına” istinad edərək, Azərbaycana qarşı çıxış edirlər. Düşünürəm ki, Azərbaycan Brüssel görüşünə əsaslı dəllilərlə gedəcək və Ermənistanın bu dəst-xəttini pozacaq”.
İlqar Vəlizadə artıq şablona çevrilən erməni yalanlarına ciddi dairələrdə etimad göstərilmədiyini də sözlərinə əlavə edib:
“Son aylarda baş verən proselər də bunu təsdiq edir ki, ermənilərin yalanlarına artıq çox az adam inanır. Ciddi və mötəbər dairələr çalışırlar ki, öz siyasətlərin real faktlar əsasında qursunlar. Bu səbəblərdən ötürü, ermənilərin hazırki təxribat cəhdlərinin uğursuzluğa düçar olacağını düşünürəm”.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
21:24 / 11.12.2021
Kəlbəcər təxribatlarını Brüssel görüşü ilə nə bağlayır? – Politoloqdan erməni planının ŞƏRHİ
Hazırda oxunan: Kəlbəcər təxribatlarını Brüssel görüşü ilə nə bağlayır? – Politoloqdan erməni planının ŞƏRHİ
Hazırda oxunan: Kəlbəcər təxribatlarını Brüssel görüşü ilə nə bağlayır? – Politoloqdan erməni planının ŞƏRHİ
0:00
0:00
50222
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.