Vaxtanq Kikabidze Saakaşviliyə baş çəkdi: “Məni çaya qonaq etdi”

Vaxtanq Kikabidze Saakaşviliyə baş çəkdi: “Məni çaya qonaq etdi”

Hazırda oxunan: Vaxtanq Kikabidze Saakaşviliyə baş çəkdi: “Məni çaya qonaq etdi”

0:00
0:00
50185

Məşhur gürcü aktyoru və müğənnisi Vaxtanq Kikabidze Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilini ziyarət edib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Sputnik Georgia” nəşri yayıb.

"Mixeil Saakaşvilinin vəziyyəti yaxşı deyil, gözündən hər şeyi görmək olar. O, sınmayıb, əsas budur", - deyə Kikabidze qeyd edib.

Aktyor fikrini belə tamamlayıb: “Saakaşvili məni çaya qonaq etdi”.

Xatırladaq ki, Saakaşvili 50 günlük aclıq aksiyasından sonra həbsxana xəstəxanasından Qoridəki hərbi xəstəxanaya köçürülüb və orada reabilitasiya kursu keçir.

“Mimino”  filminin qəhrəmanı son parlament seçkilərində Saakaşvilinin illər əvvəl yaratdığı ana müxalifət partiyasının (“Vahid Milli Hərəkat”) siyahısında birinci nömrə olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO