Motosiklet sürücüsü marşrut avtobusunun şüşəsini sındırdı

Motosiklet sürücüsü marşrut avtobusunun şüşəsini sındırdı

Hazırda oxunan: Motosiklet sürücüsü marşrut avtobusunun şüşəsini sındırdı

50174

Bakıda şəhərində marşrut xətt avtobusunun şüşəsi sındırılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə dekabrın 8-də saat 21 radələrində rayon ərazisində BMW markalı motosikletin sürücüsünün xuliqanlıq zəminində “Isuzu” markalı xətt avtobusunun alın şüşəsini dəmir parçası ilə sındırması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Bərdə rayon sakini R. Əmrahlı müəyyən edilərək saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO