Xələf Xələfov

Xələf Xələfov "3+3" formatında ilk görüşdən danışdı - MÜZAKİRƏLƏRİN DETALLARI

Hazırda oxunan: Xələf Xələfov "3+3" formatında ilk görüşdən danışdı - MÜZAKİRƏLƏRİN DETALLARI

50095

Xəbər verdiyimiz kimi, Moskavda “3+3” regional məsləhətləşmələr mexanizminin Azərbaycan, Ermənistan, İran, Rusiya və Türkiyə xarici işlər nazirlərinin müavinləri səviyyəsində təsis iclası keçirilib.

Bizim.Media xəbər verir ki, görüşdə ölkəmizi təmsil edən xarici işlər nazirinin müavini Xələf Xələfov müzakirə edilən məsələlərdən danışıb.

O, görüşdən sonra jurnalistlərə açıqlamasında bunları deyib:
 

MÖVZU İLƏ BAĞLI:

Moskvada “3+3” formatında ilk görüş keçirildi - Müzakirə olunan MƏSƏLƏLƏR


"İclasda regionda etimadın artırılması, iqtisadiyyat və nəqliyyat əlaqələrinin bərpası, yenidən qurulması və genişləndirilməsi sahəsində əməkdaşlığın inkişafına yönəlik fikir mübadiləsi aparılıb.

Mexanizm çərçivəsində nazir müavinləri səviyyəsində görüşlər və müzakirələrin ən azı ildə iki dəfə olmaqla, rotasiya əsasında hər dəfə bir iştirakçı ölkədə keçirilməsi nəzərdə tutulur. 

Görüşlər və müzakirələr Xarici İşlər Nazirliklərinin əlaqələndirməsi və yönəltməsi çərçivəsində iqtisadiyyat və nəqliyyat nazirliklərinin, ehtiyac yarandıqda isə digər sahəvi qurumların iştirakı ilə keçiriləcək.

Məsləhətləşmələr mexanizminin fəaliyyətinin inkişafından asılı olaraq, daha yüksək səviyyədə görüş və müzakirələr təşkil oluna bilər. Mexanizmin fəaliyyəti konsensus prinsipi əsasında aparılacaq.
 

Görüşlərdə ümumi regional məsələlər və tərəflər üçün qarşılıqlı maraq doğuran və regional sabitliyə və rifaha töhfə verən təşəbbüs və layihələr müzakirə edilə bilər", - deyə nazir müavini bildirib.


X.Xələfov növbəti görüşün keçirilməsinin diplomatik kanallar vasitəsi ilə razılaşdırılacağını deyib.

Həmçinin,müzakirələrin nəticələri barədə Gürcüstan tərəfi də məlumatlandırılacaq:

Gürcüstanın gələcəkdə bu formata qoşulması bütün iştirakçılar tərəfindən təqdir edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO