Ağır yaralanan 4 qazimiz Türkiyəyə göndərildi - FOTO

Ağır yaralanan 4 qazimiz Türkiyəyə göndərildi - FOTO

Hazırda oxunan: Ağır yaralanan 4 qazimiz Türkiyəyə göndərildi - FOTO

49999

Ağır yaralanan dörd qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.

Fonddan Bizim.Media-ya verilən məlumata görə, müalicəyə göndərilən qazilərimiz Aliyev Seymur Cavanşir oğlu, Həşimov Həşim Əzim oğlu, Həziyev Şəmşir Bəxtiyar oğlu və Cəfərli Əli Musa oğludur.

“YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Xatırladaq ki, bu günə qədər 154 qazimiz müalicə üçün “YAŞAT” Fondunun təşəbbüsü iləTürkiyəyə göndərilib.

Onlardan 117-sinin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar.

Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO