Paytaxtın şadlıq saraylarının birində karantin qaydalarını pozaraq toy mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə tanınmış videoblogger Ata Abdullayev ifaşaedici video paylaşıb.
Sözügedən videoda bir şadlıq sarayında bir qrup şəxsin karantin qaydalarını pozaraq məclis keçirdiyi görünür. Ata Abdullayevin iddia etdiyinə görə, restoran Azərsu ASC-nin sədri Qorxmaz Hüseynova aiddir.
Qeyd edək ki, bir müddət əvvəl Bakıda restoranların birində ad günü məclisi keçirilmişdir. Hadisə ilə bağlı Bakı şəhər Baş Polis İdarəsində araşdırılaraq tədbir görülmüşdür.
Həmin videonu təqdim edirik.
Bizim.Media