Son statistik məlumatlara görə, dünyada hər gün 100 qadından 71-i, hər 100 uşaqdan 45-i, hər 100 kişidən isə 27-si zorakılıqla üzləşir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin açıqlamasına görə, isə Azərbaycanda son 9 ayda 81 nəfər kişi ailə zorakılığına məruz qalıb.
Əslində ailə daxili şiddət dedikdə birinci növbədə ağıla qadın gəlir. Lakin bu açıqlamadan da bəlli olur ki, bəzən kişilərdə qadınlar tərəfindən zorakılığa məruz qala bilir.
Bəs, buna səbəb nədir?
Məlumatlara görə bunun müxtəlif səbəbləri ola bilər. Elə bu barədə, kişi zorakılığının səbəbləri haqqında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu da danışıb:
“Ailə daxili, iqtisadi, ideoloji səbəblərdən bu baş verə bilir. Burada təkcə döyməkdən söhbət getmir. Məsələn bəzən olur kişinin qadından istisadi asılılğı olur. Bəzən qadın kişiyə psixoloji təsir göstərir, məsələn boşandıqdan sonra övladlarını keçmiş həyat yoldaşından gizlədir. Bu cür hallarda zorakılıq halları kimi qiymətləndirilir”.
Kişi sığınacaqları niyə yoxdur?
Azərbaycandan fərqli olaraq demək olar ki, dünyanın müxtəlif ölkələrində kişi sığınacaqları fəaliyyət göstərir.
Uzağa deyil, elə qardaş Türkiyə Respublikasına nəzər salsaq zorakılığa məruz qalan kişilər üçün xüsusi sığınacaqların fəaliyyət göstərdiyinin şahidi ola bilərik.
İsveçrədə, ABŞ-da, Almaniyada, Kanadada, Niderlandda da bu sığınacaqlara hansısa fəlakətdən çətin vəziyyətə düşən, cinsi orientasiyasına görə təzyiqə məruz qalan kişilər də sığına bilir.
Qurumun mətbuat katibi Teymur Mərdanoğlu isə suala belə fikir bildirib.
“Hazırda Azərbaycanda belə sığınacaqlar yoxdur. Çünki bizim mentalitetimizdə kişi dedikdə gözümüzün qarşısında güclü cinsin nümayəndəsi canlanır. Ona görə, Azərbaycanda bu mental dəyərlərə görə qəbul edilə bilmir. Biz uşaqlıqdan ailədə özümüz üçün güclü kişi obrazı yaradırıq. Belə bir sığlnacaqlar olsa belə, inanmıram ki, Azərbaycan kişisi ora nə zamansa müraciət etsin. Bundan başqa hər bir qadın yanında güclü kişi təsəvvür edir”.
Bəs, kişilər adətən necə istismara məruz qalırlar?
Bu suala isə psixoloq Cahan Əliyeva ilə aydınlıq gətirdik. Mütəxəssis qeyd edir ki, zorakılıq istər kişi, istər qadına qarşı tərbiq edilməməlidir.
“Ancaq kişilər əsasən qadınlar tərəfindən bıçaqla zorakılığa məruz qalırlar. Çox vaxt ailə daxili münaqişələr zamanı qadınlar kişilərə əsasən bıçaqla hücum edirlər. Məlumatlara görə, zorakılığa görə təxminən 300-400 civarında qadın həbsxanadadır. Bəzən isə özünü idarə edə bilməyən yaşlı kişi nümayəndələri həyat yoldaşı, hətta nəvəsi tərəfindən də fiziki zorakılığa məruz qalırlar. Həmin zamanlar onlar özlərini qoruya bilmirlər və bu səbəblə də zorakılıqla qarşılaşırlar”.
Psixoloq həmçinin qeyd edib ki, hər bir qadın zorakılığı altında az da olsa kişinin günahı da olur.
“Bəzən kişilərdən fiziki zorakılıqla qarşılaşa və buna dözməyərək özünü müdafiəyə keçir. Onların demək olar ki, yarısı əvvəllər kişilər tərəfindən zorakılığa məruz qalanlardır. Bu kimi halları da unutmaq olmaz”.
Vüsalə Balayeva, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:00 / 10.12.2021
300-dən çox qadın KİŞİLƏRİ DÖYDÜYÜ üçün həbs olunub – Azərbaycanda kişi sığınacaqları niyə yoxdur?
Hazırda oxunan: 300-dən çox qadın KİŞİLƏRİ DÖYDÜYÜ üçün həbs olunub – Azərbaycanda kişi sığınacaqları niyə yoxdur?
Hazırda oxunan: 300-dən çox qadın KİŞİLƏRİ DÖYDÜYÜ üçün həbs olunub – Azərbaycanda kişi sığınacaqları niyə yoxdur?
49892
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.