Uçulan məktəb fotosu ilə bağlı rəsmi AÇIQLAMA – “Qərəzli şəkildə paylaşılıb”

Uçulan məktəb fotosu ilə bağlı rəsmi AÇIQLAMA – “Qərəzli şəkildə paylaşılıb”

Hazırda oxunan: Uçulan məktəb fotosu ilə bağlı rəsmi AÇIQLAMA – “Qərəzli şəkildə paylaşılıb”

49888

Son günlər sosial şəbəkələrdə Quba rayonunun Qrız kənd orta məktəbinin bərbad durumda olması ilə bağlı foto paylaşılır. Yayılan görüntülərin altında şagirdlərin “tövlə”ni xatırladan qəzalı məktəbdə dərs keçdikləri ilə bağlı şərhlər qeyd olunub. Yayılan foto geniş müzakirələrə səbəb olub. 

Məsələ ilə bağlı Bizim.Media Quba Rayon İcra Hakimiyyəti ilə əlaqə yaradıb.

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda dərs zamanı siçovullar sinif otağında gəzişir - VİDEO


Qurumun İnformasiya Təminatı və Təhlil Sektorunun rəhbəri Rəsul Bayramov saytımıza açıqlamasında yayılan fotonun 2013-cü ilə aid olduğunu deyib:

“O foto köhnədir və 2013-cü ilə aiddir. Qərəzli şəkildə paylaşılıb. Qrız kəndində 20 yerlik yeni modul məktəb tikilib. Hazırda məktəbdə son tamamlanma işləri gedir. Gələn həftə o məktəbin açılışı olacaq və şagirdlər yeni məktəbdə təhsillərini davam etdirəcəklər”, - deyə qurum rəsmisi qeyd edib. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO