​​​​​​​Yeni il öncəsi OTEL QİYMƏTLƏRİ yenə şoka salmağı bacardı - 3 gecəyə 8100 manat

​​​​​​​Yeni il öncəsi OTEL QİYMƏTLƏRİ yenə şoka salmağı bacardı - 3 gecəyə 8100 manat

Hazırda oxunan: ​​​​​​​Yeni il öncəsi OTEL QİYMƏTLƏRİ yenə şoka salmağı bacardı - 3 gecəyə 8100 manat

49718

2022-ci ilin gəlişinə artıq 23 gün qalıb. Ölkədə Yeni illə əlaqədar hazırlıqlara başlanıb.

Pandemiya səbəbindən bir qisim Yeni ili evdə qarşılamağa üstünlük versə də, bayram günlərini ölkə ərazisində keçirmək istəyən yerli turistlərin sayı da az deyil. Amma həmin günləri yadda qalan və əyləncəli keçirmək axtarışına çıxanlar səfalı bölgələrdə başa gələn xidmət qiymətlərini görəndə bir qədər də kənara çəkilməli olurlar. Çünki onsuz da baha olan qiymətlər indi lap “ceyran belinə” qalxıb.

Kiçik bir araşdırmadan sonra ortaya maraqlı məqamlar çıxıb. 

Hotellərdə yer sifariş edən əsasən yerli turistlərdir. Əhali daha çox Şimal bölgəsi və dağlıq rayonlarda dincəlir. Quba-Qusar, Şamaxı-İsmayıllı, Qəbələ-Şəki zonalarında Yeni ili keçirməyə üstünlük daha çoxdur. Pandemiya mövcud olandan isə xarici ölkələrə, xüsusən Dubaya, İstanbula, Avropa ölkələrinə gedənlər demək olar ki, yoxdur. 

Otellərin böyük əksəriyyətində yerlər artıq indidən bron edilib. 

Şahdağ Hotellərində 1 nəfər üçün 1 gecə 515 manatdan başlayır. 2 nəfər üçün 1 gecə isə xidmətə görə 700 və 870 manat arasında dəyişir.  Qafqaz Tufandağ Oteldə 2 gecə üçün, iki nəfərlik yataq otağının qiyməti 3200 manatdır. 

Qəbələdə Nohur gölü ətrafında yerləşən Chenot Palace Health Wellness Hoteldə dekabrın son günləri üçün 3 gecə 2 nəfərlik 1 otaq 8100  manatdır.

Quba otellərində də istirahət qiymətləri xidmətə görə dəyişir. Dağların arasında və meşələrin əhatəsində yerləşən otellərdə gecələmək daha bahadır. Məsələn, 31 Dekabr – 2 Yanvar tarixlərində 2 gecəlik qiymət Deluxe Dağ Mənzərəli Otaqda (2 nəfərlik) – 1500, Deluxe Göl Mənzərəli Otaqda (2 nəfərlik) isə 1600 manatdır. Ödəniş gec olduqda qiymətlər yüksəlir.

Deluxe Dağ Mənzərəli Otaq (2 nəfərlik) – 1700 AZN,  Deluxe Göl Mənzərəli Otaq (2 nəfərlik) isə 1800 AZN-dir. Qiymətlərə hər gün üçün nahar yeməyi və şam yeməyi də daxildir. 

Bayrama özəl təşkil edilən turlara daha çox ailəvi müraciətlər olunur. 

2 nəfərin 2 günlük Yeni il istirahəti və əyləncəsi üçün minimum 500 manat, 4 nəfərlik bir ailəyə isə ən azı 1000 manat pul lazımdır.

Məsələn, 2 gecə 3 günlük İsmayıllı-Qəbələ-Tufandağ-Oğuz-Şəki-Qax turu 165 manatdır, lakin buraya ancaq nəqliyyat, gecələmə və səhər yeməyi daxildir. Eyni şərtlərlə Şamaxı-Qəbələ -Tufandağ turu 2 gecə 3 günlük  149 manatdır.

Zaqatala-Balakən-Qax-Şəki-Qəbələ turu 3 gecə 4 gün  üçün 269 manat, Şamaxı-İsmayıllı - Qəbələ turu 2 gecə 3 gün üçün  249 manat, 5* Şəki Qəbələ Tufandag Qala gecəsi daxil turu 1 gecə 2 gün üçün 135 manatdır.

Mingəçevir - Gəncə - Göygöl - Maralgöl turu 5* Ağsaray Deluxe oteldə 2 gecə 3 gün (31 dekabr – 2 yanvar) üçün qiymət 249 manatdır. 

Şamaxi Palace Hoteldə 2 gecə 3 gün üçün 1 nəfər turun qiyməti 640 AZN-dir.  

Bu yalnız giriş tarifləridir. Yemək, digər gəzinti xərcləri də əlavə olunanda səfər qiyməti “od püskürür”. 

Turizm ekspertləri qiymətlərin xidmət keyfiyyətinə uyğun gəlməyən səviyyədə baha olduğunu bildirirlər. Məhz bu səbəbdən Azərbaycanda orta büdcəli insanlar turizm xidmətlərindən yetərincə istifadə imkanlarına sahib ola bilmirlər.

Digər problem isə qiymətlərin yüksək olması müqabilində keyfiyyətli turizm xidmətlərinin olmamasıdır.

Məsələ turizm sahəsinin əsas nöqsanı kimi dəfələrlə gündəmə gəlsə də, bu məsələdə hər hansı dəyişiklik baş vermir. Əksinə turizm xidmətləri üçün təklif olunan qiymətlər ilbəil artmaqda davam edir. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO