1300-dək şəhid ailə üzvü və qazi işlə təmin olundu -

1300-dək şəhid ailə üzvü və qazi işlə təmin olundu - "Məşğulluq marafonu" çərçivəsində

Hazırda oxunan: 1300-dək şəhid ailə üzvü və qazi işlə təmin olundu - "Məşğulluq marafonu" çərçivəsində

0:00
0:00
49660

Bu il avqust ayında elan olunan "Məşğulluq marafonu" çərçivəsində 600-ə yaxın işəgötürən 3760-dan çox vakansiya elan edib.

Bizim.Media-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, 1300-dək şəhid ailə üzvü və qazi marafon çərçivəsində işlə təmin edilib:

“Paralel olaraq Vətən miharibəsi iştirakçıları, şəhid ailəsi üzvləri və qazilər tək məşğulluq marafonu ilə yox, həm də özünüməşğulluq proqramları ilə əhatə olunublar.

6000-dən çox ailə özünüməşğulluq, ictimai işlər proqramı və işədüzəltmə məqsədli proqramlara cəlb olunub.

Ümumilikdə 8000-dən çox şəhid ailələri, müharibə əlilləri məşğul proqramları ilə təmin olunub və bu proses davam edəcək”, - deyə nazir müavini vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO