Gənclər və İdman naziri Fərid Qayıbov “Azərbaycan Karyera İnkişaf Forumu”nda çıxış edib.
Bizim.Media xəbər verir ki, nazir gənclərin bilik və bacarıqlarının inkişafı istiqamətində aidiyyəti qurumlarla yanaşı, nazirlik tərəfindən də bir sıra layihələrin həyata keçirildiyini bildirib:
MÖVZU İLƏ BAĞLI:
Nazir yeni təyin olunan müavinlərindən danışdı
“Ölkə başçısının tapşırıqlarına əsasən “Kənd gənclərinin peşəkar inkişafı” və “Gənclərin elektron inkişafı” planı istiqamətində tədbirlər görülür.
Müasir bazar münasibətlərində karyera sahəsində tələblər dəyişir və bu da əmək bazarında rəqabət yaradır. Əmək bazarına yeni atılan gənclər bir sıra ziddiyyətli proseslərlə qarşılaşa bilərlər. Cəmiyyətin daim transformasiya olunduğunu və əmək bazarında rəqabətlərin artdığını unutmaq olmaz”.
Bizim.Media