Dövlət Vergi Xidmətində yeni məlumat bazası yaradıldı

Dövlət Vergi Xidmətində yeni məlumat bazası yaradıldı

Hazırda oxunan: Dövlət Vergi Xidmətində yeni məlumat bazası yaradıldı

49643

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinin internet səhifəsində “İctimai açıq məlumat bazası” adlı yeni bölmə yaradılıb.

Bizim.Media bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, bu addım Prezident İlham Əliyevin 27 fevral 2020-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş açıqlıq, şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqinin daha da genişləndirilməsi, ictimai nəzarətin gücləndirilməsi və açıq hökumətin təşviqi məqsədilə atılıb.
 

MÖVZU İLƏ BAĞLI:

İnvestorların vergi yükü azaldılır – Vergi Məcəlləsinə dəyişiklik 


İstifadəçilərin məlumatları daha rahat şəkildə əldə etməsi üçün “İctimai açıq məlumat bazası”nda biznesə başlamaq üçün ilkin qeydiyyat prosedurları, zəruri sənədlər, vergilərin hesablanması və ödənilməsi, büdcə və xəzinə hesabları və rekvizitləri, elektron xidmətlər, vergi hesabatlarının tərtib olunması və göndərilməsi qaydaları və s. kimi vacib keçidlər mövcuddur.

İstifadəçilər məlumat bazasına linkdən daxil ola bilərlər:

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO