Büdcə borcunun verilmə qaydasına dəyişiklik risklərə səbəb ola bilər - Hesablama Palatası

Büdcə borcunun verilmə qaydasına dəyişiklik risklərə səbəb ola bilər - Hesablama Palatası

Hazırda oxunan: Büdcə borcunun verilmə qaydasına dəyişiklik risklərə səbəb ola bilər - Hesablama Palatası

0:00
0:00
49604

Azərbaycanda dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Naxçıvan MR-nın büdcəsinə, yerli büdcələrə və hüquqi şəxslərə, yerli büdcələrdən bələdiyyə təşkilatlarına büdcə ili ərzində qaytarılmaq şərti ilə il ərzində müəyyən müddətə maliyyə vəsaitinin (büdcə ssudası) verilməsi qaydası dəyişdirilir.

Bizim.Media xəbər verir ki, bu məsələ “Büdcə sistemi haqqında” qanuna təklif olunan dəyişikliklərdə öz əksini tapıb.

Müvafiq qanun layihəsinə münasibət bildirən Hesablama Palatası bəyan edib ki, təklif edilən dəyişikliyin əsas məqsədi kimi büdcə ssudalarının həm sərbəst qalıq vəsaitləri hesabına verilməsi, həm də hüquqi şəxslərin dairəsinin dəqiqləşdirilməsi çıxış edə bilər.

Əvvəlki təhlillərdə qanunvericilikdə nəzərdə tutulmadığı halda, sərbəst qalıq vəsaitlərindən büdcə ssudalarının hüquqi şəxslərə ayrılması hallarının olduğu göstərilib.

Hesablama Palatası büdcə ssudalarının verilməsi və bununla bağlı digər məsələlərin qanunvericilikdə tam tənzimlənməməsi fonunda müvafiq maddəyə təklif edilən dəyişikliklərin gələcəkdə risklərə səbəb ola biləcəyini istisna etmir.

Bu baxımdan müvafiq maddəyə təklif edilən dəyişikliklərə yenidən baxılması və tənzimlənmənin büdcə sistemi daxilində nəzərdə tutulması, habelə hüquqi şəxslərə ssudaların verilməsi ilə bağlı müddəaların anlayışdan çıxarılması məqsədəuyğundur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO