BMT-nin Baş katibi Antonio Quterreş özünütəcrid rejiminə keçib.
Bizim.Media xəbər verir ki, buna səbəb onun koronavirusa yoluxmuş şəxslə təmasda olmasıdır.
Testi mənfi nəticə verən və virusun heç bir əlamətini hiss etməyən Quterreş dekabrın 9-na qədər öz vəzifələrini evdən icra edəcək.
Xatırladaq ki, 72 yaşlı portuqaliyalı Antonio Quterreş 2017-ci ilin yanvarın 1-dən BMT-nin Baş katibi vəzifəsini icra edir.
Bizim.Media